A
Onlayn moderator
Vəzifə öhdəlikləri
- Sayt üzərindən verilən sifarişləri izləmək, müştəri alışa başlayıb amma tamamlamadıqda onunla əlaqə saxlayaraq səbəbləri öyrənmək;
- Çat, email və telefon vasitəsilə daxil olan müraciətləri cavablandırmaq, məhsullar və sifarişlərlə bağlı müştərilərə dəstək olmaq;
- Müştərinin alış prosesini tamamlamasına kömək etmək və suallarını cavablandırmaq;
- Çatdırılma zamanı yaranan problemləri həll etmək, müştəri, satıcı və kuryer arasında əlaqə qurmaq;
- Müştərini alış prosesi boyunca – məhsulun seçilməsindən çatdırılmaya qədər – müşayiət etmək;
- Satıcılara platformada qarşılaşdıqları texniki və ya funksional çətinliklərdə kömək etmək;
- Sifarişini tamamlamayan və ya aktiv olmayan istifadəçilərlə əlaqə saxlamaq;
- CRM, trekerlər və digər daxili sistemlərdə işləmək;
- Yeni istifadəçilərə platformadan necə istifadə etməyi, məhsul yerləşdirmə və sifariş formalaşdırma qaydalarını izah etmək;
- Texniki dəstək, marketinq və digər komandalarla birlikdə işləyərək müraciətlərin cavablandırılmasına yardım göstərmək;
- Sistemdəki məlumatların və hesabatların düzgünlüyünü yoxlamaq;
- İstifadəçilərin platformadakı aktivliyini artırmaq üçün təşəbbüskar olmaq;
- Texniki problemlərin aradan qaldırılmasında iştirak etmək.
Tələblər
- Ali təhsil (Kommunikasiya, Marketinq və ya oxşar sahə üzrə diplom üstünlükdür).
- Müştəri xidməti, çağrı mərkəzi və ya onlayn moderator sahəsində 1-3 il təcrübə.
- Azərbaycan və rus və ya ingilis dillində səlis danışıq
- Eyni anda çoxsaylı sorğuları idarə etmək və sürətli işləmək bacarığı.
- CRM sistemləri ilə işləmək bacarığı (Zendesk, Salesforce – üstünlükdür).
- Onlayn platformalarda rahat işləmək, tapşırıqları və müraciətləri idarə etmək, kommunikativ və operativ olmaq bacarığı.
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək
Biz təklif edirik:
- Əmək haqqı: 1500 AZN
- Rəsmi əmək müqaviləsi
- İş rejimi: 5/2
- İş saatları: 9:00 – 18:00
- İş yeri: Babək plaza
Oxşar vakansiyalar