Onlayn moderator

Around Group Son tarix: 29 May 2026 107

Vəzifə öhdəlikləri

  • Sayt üzərindən verilən sifarişləri izləmək, müştəri alışa başlayıb amma tamamlamadıqda onunla əlaqə saxlayaraq səbəbləri öyrənmək;
  • Çat, email və telefon vasitəsilə daxil olan müraciətləri cavablandırmaq, məhsullar və sifarişlərlə bağlı müştərilərə dəstək olmaq;
  • Müştərinin alış prosesini tamamlamasına kömək etmək və suallarını cavablandırmaq;
  • Çatdırılma zamanı yaranan problemləri həll etmək, müştəri, satıcı və kuryer arasında əlaqə qurmaq;
  • Müştərini alış prosesi boyunca – məhsulun seçilməsindən çatdırılmaya qədər – müşayiət etmək;
  • Satıcılara platformada qarşılaşdıqları texniki və ya funksional çətinliklərdə kömək etmək;
  • Sifarişini tamamlamayan və ya aktiv olmayan istifadəçilərlə əlaqə saxlamaq;
  • CRM, trekerlər və digər daxili sistemlərdə işləmək;
  • Yeni istifadəçilərə platformadan necə istifadə etməyi, məhsul yerləşdirmə və sifariş formalaşdırma qaydalarını izah etmək;
  • Texniki dəstək, marketinq və digər komandalarla birlikdə işləyərək müraciətlərin cavablandırılmasına yardım göstərmək;
  • Sistemdəki məlumatların və hesabatların düzgünlüyünü yoxlamaq;
  • İstifadəçilərin platformadakı aktivliyini artırmaq üçün təşəbbüskar olmaq;
  • Texniki problemlərin aradan qaldırılmasında iştirak etmək.

Tələblər

  • Ali təhsil (Kommunikasiya, Marketinq və ya oxşar sahə üzrə diplom üstünlükdür).
  • Müştəri xidməti, çağrı mərkəzi və ya onlayn moderator sahəsində 1-3 il təcrübə.
  • Azərbaycan və rus və ya ingilis dillində səlis danışıq
  • Eyni anda çoxsaylı sorğuları idarə etmək və sürətli işləmək bacarığı.
  • CRM sistemləri ilə işləmək bacarığı (Zendesk, Salesforce – üstünlükdür).
  • Onlayn platformalarda rahat işləmək, tapşırıqları və müraciətləri idarə etmək, kommunikativ və operativ olmaq bacarığı.
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək

Biz təklif edirik:

  • Əmək haqqı: 1500 AZN
  • Rəsmi əmək müqaviləsi
  • İş rejimi: 5/2 
  • İş saatları: 9:00 – 18:00
  • İş yeri: Babək plaza

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot