P
Müştəri müraciətlərinin təhlili və həlli üzrə mütəxəssis/aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri
PAŞA Sığorta ASC namizədləri Müştəri müraciətlərinin təhlili və həlli üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması və təkmilləşdirilməsi üçün daxil olan şikayət və narazılıqların proqram təminatı üzərindən araşdırılması və həll olunması;
- Müraciətlərin məzmununa uyğun olaraq prioritetləşdirilməsi və operativ cavablandırılması;
- Dövlət qurumlarından daxil olan müraciətlərin prosedura əsasən araşdırılması və cavablandırılması;
- Bütün sənədlərin düzgün tərtibi və saxlanılması;
- Müraciətlərin həlli ilə bağlı koordinasiyaya dəstək göstərilməsi və hesabatların hazırlanmasında iştirak;
- Proseslərin təkmilləşdirilməsi məqsədilə yeniliklərin təklif və tətbiq edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və yeni əməkdaşların təlimatlandırılması.
Tələblər
- Səlis nitq və fikri aydın izah etmək bacarığı;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Analitik düşüncə və araşdırma aparmaq bacarığı;
- Problemli situasiyaları həll etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- Ali təhsil;
- Müştəri müraciətlərinin idarə olunması və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
- Müştəri müraciətlərinin həll edilməsi ilə bağlı sertifikatlar arzuolunandır.
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı;
- Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
- Şirkət daxilində şəffaflıq və açıq ünsiyyət mühiti;
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Oxşar vakansiyalar