Müştəri müraciətlərinin təhlili və həlli üzrə mütəxəssis/aparıcı mütəxəssis

PASHA Insurance Son tarix: 29 iyul 2026 57

Vəzifə öhdəlikləri

PAŞA Sığorta ASC namizədləri Müştəri müraciətlərinin təhlili və həlli üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması və təkmilləşdirilməsi üçün daxil olan şikayət və narazılıqların proqram təminatı üzərindən araşdırılması və həll olunması;
  • Müraciətlərin məzmununa uyğun olaraq prioritetləşdirilməsi və operativ cavablandırılması;
  • Dövlət qurumlarından daxil olan müraciətlərin prosedura əsasən araşdırılması və cavablandırılması;
  • Bütün sənədlərin düzgün tərtibi və saxlanılması;
  • Müraciətlərin həlli ilə bağlı koordinasiyaya dəstək göstərilməsi və hesabatların hazırlanmasında iştirak;
  • Proseslərin təkmilləşdirilməsi məqsədilə yeniliklərin təklif və tətbiq edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və yeni əməkdaşların təlimatlandırılması.

Tələblər

  • Səlis nitq və fikri aydın izah etmək bacarığı;
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Analitik düşüncə və araşdırma aparmaq bacarığı;
  • Problemli situasiyaları həll etmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus.

Təhsil və Təcrübə

  • Ali təhsil;
  • Müştəri müraciətlərinin idarə olunması və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
  • Müştəri müraciətlərinin həll edilməsi ilə bağlı sertifikatlar arzuolunandır.

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı;
  • Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
  • Şirkət daxilində şəffaflıq və açıq ünsiyyət mühiti;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot