Mühasib

Nur Collection Son tarix: 01 июля 2026 86

Vəzifə öhdəlikləri

“Nur CollectionMMC “Mühasib” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

  • Müəssisənin gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; 
  • Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; 
  • ƏDV, ÖMV, mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanması; 
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların, müqavilələrin və digər maliyyə sənədlərinin tərtib edilməsi; 
  • Bank əməliyyatlarının aparılması və internet banking üzərindən ödənişlərin icrası; 
  • Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması; 
  • Kassa əməliyyatlarının uçotunun təşkili; 
  • 1C proqramında əməliyyatların düzgün müxabirləşdirilməsinə nəzarət; 
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; 
  • Rəhbərlik tərəfindən verilən maliyyə və hesabatlıqla bağlı tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; 
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər; 
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı; 
  • MS Excel proqramını yüksək səviyyədə bilmək; 
  • Elektron portallarla işləmə bacarığı (e-taxes, e-gov, e-sosial və s.); 
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı; 
  • Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik və operativlik; 
  • PMS sertifikatının olması üstünlük hesab olunur

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-Sumqayıt yolunun üstü

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot