Kiçik mühasib

Eden Agro MMC Son tarix: 26 июня 2026 87

Vəzifə öhdəlikləri

İş şəraiti: 

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Maliyyə departamenti
  • Birbaşa rəhbər: Baş mühasib
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

  • Satış üzrə elektron qaimələrin və hesab-fakturaların göndərilməsi, bu əməliyyatların və daxil olan pul vəsaitlərinin 1C/ERP sisteminə daxil edilməsi,
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək və debitor və kreditorlarla üzləşmələrin aparılması, 
  • Daxil olmuş elektron qaimələrin sənədlərinin tam şəkildə yığılmasına kömək etmək, xidmət alışlarının təsdiqedici sənədlərə əsaslanaraq 1C/ERP sisteminə daxil etmək,
  • Texnika subsidiyaları üzrə müvafiq sənədlərin yığılması, çatışmayan sənədlər üzrə təchizatçılarla danışıqların aparılması, bankdan gələn uyğunsuzluqların araşdırılması və uçotun aparılması,
  • Ay bağlanışı zamanı əməliyyatların 1C/ERP sisteminə daxil edilməsində Baş mühasibə köməkliyin göstərilməsi,  
  • Təsərrüfat sahələrində çalışan mühasiblərin cari işlərinin görülməsində dəstək göstərilməsi,
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Vəzifə tələbləri:

  • Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
  • Mühasibat uçotu üzrə ən azı 1 il iş təcrübəsi;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis, İngilis dili yaxşı;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
  • 1C / ERP, MS Office (xüsusilə Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Korporativ tibbi sığorta paketi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot