B
Korporativ satışlar üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
Vəzifənin məqsədi:
- Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilər arasında satışını artırmaq, yeni müştəriləri cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq.
Əsas vəzifə funksiyaları:
- Yeni korporativ müştərilərin aktiv axtarışı və cəlb edilməsi
- Satış kanallarının qurulması və inkişaf etdirilməsi
- Potensial müştərilərlə ilkin əlaqələrin yaradılması və görüşlərin təşkili
- Məhsul və xidmətlərin təqdimatının keçirilməsi
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
- Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak
- Müştərilərlə effektiv danışıqların aparılması
- Mövcud korporativ müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi
- Bazarın və rəqiblərin təhlili, yeni satış imkanlarının müəyyən edilməsi
- Satış planlarının icrasında aktiv iştirak
Əmək funksiyaları:
- Gündəlik potensial müştərilərlə əlaqə (zənglər, e-poçtlar, görüşlər)
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təklif olunması
- Satış prosesinin (pipeline) idarə olunması
- Mövcud sistemdə müştəri məlumatlarının daxil edilməsi və yenilənməsi
- Satış göstəricilərinin izlənməsi və hesabatların hazırlanması
- Satış hədəflərinə nail olmaq üçün planlı fəaliyyətin həyata keçirilməsi
- Müştəri məmnuniyyətinin təmin edilməsi və izlənməsi
Əsas göstəricilər (KPI):
- Cəlb edilən yeni müştərilərin sayı
- Bağlanan müqavilələrin sayı və dəyəri
- Satış dövriyyəsi (aylıq / rüblük)
- Görüş və təqdimatların sayı
- Satış hunisinin effektivliyi
Tələblər
- Ali təhsil
- Rus dili (vacib), İngilis dili arzuolunan
- Satış və ya korporativ satış sahəsində 3 (üç) il iş təcrübəsi
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
- Analitik düşünmə və nəticəyönümlülük
- MS Office və CRM proqramları ilə işləmə bacarığı
İş şəraiti
- İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
- İş rejimi: 6 günlük iş qrafiki (şənbə günü qısa iş saatı)
- Əmək haqqı: Müsahibə nəticəsində müəyyən ediləcəkdir.
Uyğun olan namizədlər CV - lərini mövzu yerinə “KSM” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV formasını email əlavə etməmiş namizədlərlə əlaqə saxılanılmayacaq.
Oxşar vakansiyalar