Korporativ satışlar üzrə mütəxəssis

BYD Motors Baku MMC Son tarix: 23 July 2026 25

Vəzifə öhdəlikləri

Vəzifənin məqsədi:

  • Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilər arasında satışını artırmaq, yeni müştəriləri cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq.

Əsas vəzifə funksiyaları:

  • Yeni korporativ müştərilərin aktiv axtarışı və cəlb edilməsi
  • Satış kanallarının qurulması və inkişaf etdirilməsi
  • Potensial müştərilərlə ilkin əlaqələrin yaradılması və görüşlərin təşkili
  • Məhsul və xidmətlərin təqdimatının keçirilməsi
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
  • Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak
  • Müştərilərlə effektiv danışıqların aparılması
  • Mövcud korporativ müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi
  • Bazarın və rəqiblərin təhlili, yeni satış imkanlarının müəyyən edilməsi
  • Satış planlarının icrasında aktiv iştirak

Əmək funksiyaları:

  • Gündəlik potensial müştərilərlə əlaqə (zənglər, e-poçtlar, görüşlər)
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təklif olunması
  • Satış prosesinin (pipeline) idarə olunması
  • Mövcud sistemdə müştəri məlumatlarının daxil edilməsi və yenilənməsi
  • Satış göstəricilərinin izlənməsi və hesabatların hazırlanması
  • Satış hədəflərinə nail olmaq üçün planlı fəaliyyətin həyata keçirilməsi
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və izlənməsi

Əsas göstəricilər (KPI):

  • Cəlb edilən yeni müştərilərin sayı
  • Bağlanan müqavilələrin sayı və dəyəri
  • Satış dövriyyəsi (aylıq / rüblük)
  • Görüş və təqdimatların sayı
  • Satış hunisinin effektivliyi

Tələblər

  • Ali təhsil
  • Rus dili (vacib), İngilis dili arzuolunan
  • Satış və ya korporativ satış sahəsində 3 (üç) il iş təcrübəsi
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
  • Analitik düşünmə və nəticəyönümlülük
  • MS Office və CRM proqramları ilə işləmə bacarığı

İş şəraiti

  • İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
  • İş rejimi: 6 günlük iş qrafiki (şənbə günü qısa iş saatı)  
  • Əmək haqqı: Müsahibə nəticəsində müəyyən ediləcəkdir.

Uyğun olan namizədlər CV - lərini mövzu yerinə “KSM” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV formasını email əlavə etməmiş namizədlərlə əlaqə saxılanılmayacaq.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot