E
Kiçik mühasib
Vəzifə öhdəlikləri
İş şəraiti:
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Maliyyə departamenti
- Birbaşa rəhbər: Baş mühasib
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
- Satış üzrə elektron qaimələrin və hesab-fakturaların göndərilməsi, bu əməliyyatların və daxil olan pul vəsaitlərinin 1C/ERP sisteminə daxil edilməsi,
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək və debitor və kreditorlarla üzləşmələrin aparılması,
- Daxil olmuş elektron qaimələrin sənədlərinin tam şəkildə yığılmasına kömək etmək, xidmət alışlarının təsdiqedici sənədlərə əsaslanaraq 1C/ERP sisteminə daxil etmək,
- Texnika subsidiyaları üzrə müvafiq sənədlərin yığılması, çatışmayan sənədlər üzrə təchizatçılarla danışıqların aparılması, bankdan gələn uyğunsuzluqların araşdırılması və uçotun aparılması,
- Ay bağlanışı zamanı əməliyyatların 1C/ERP sisteminə daxil edilməsində Baş mühasibə köməkliyin göstərilməsi,
- Təsərrüfat sahələrində çalışan mühasiblərin cari işlərinin görülməsində dəstək göstərilməsi,
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Vəzifə tələbləri:
- Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
- Mühasibat uçotu üzrə ən azı 1 il iş təcrübəsi;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis dili yaxşı;
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
- 1C / ERP, MS Office (xüsusilə Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Korporativ tibbi sığorta paketi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Oxşar vakansiyalar