Hesabatlılıq şöbəsinin mütəxəssisi

PASHA Life Son tarix: 12 декабря 2026 51

Vəzifə öhdəlikləri

Təsvir

  • Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
  • Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
  • Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi;
  • Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
  • Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
  • Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək;
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.

Tələblər

İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.

Təhsili: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə ali təhsil;

Dil bilikləri:

  • Azərbaycan dili-əla səviyyədə;
  • İngilis dili- əla səviyyədə;
  • Rus dili-orta səviyyədə;      

Üstünlüklər:

  • ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır)
  •  SQL və Power BI üzrə biliklər arzuolunandır.

Kompüter bilikləri:

  • MS Excel-əla səviyyədə;
  • MS Word-orta səviyyədə;     
  • MS PowerPoint-əla səviyyədə;     

Hörmətli PAŞA Qrup əməkdaşı,

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot