Hesabatlılıq şöbəsinin mütəxəssisi
Vəzifə öhdəlikləri
Təsvir
- Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
- Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
- Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
- Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi;
- Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
- Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
- Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.
Tələblər
İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə ali təhsil;
Dil bilikləri:
- Azərbaycan dili-əla səviyyədə;
- İngilis dili- əla səviyyədə;
- Rus dili-orta səviyyədə;
Üstünlüklər:
- ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır)
- SQL və Power BI üzrə biliklər arzuolunandır.
Kompüter bilikləri:
- MS Excel-əla səviyyədə;
- MS Word-orta səviyyədə;
- MS PowerPoint-əla səviyyədə;
Hörmətli PAŞA Qrup əməkdaşı,
Oxşar vakansiyalar