Dijital marketing meneceri

Avrora Son tarix: 24 февраля 2026 417

Vəzifə öhdəlikləri

  • Brendin məqsədlərinə uyğun olaraq sosial media kontent strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Kreativ komandaya istiqamətverici məlumatların hazırlanması və icraçıların performansının analiz edilməsi;
  • İnfluencerlərlə əməkdaşlıqların qurulması, onların kontentləri üçün strateji və kreativ istiqamətlərin verilməsi;
  • TikTok və İnstagram Reels platformalarında mövcud trendlərin davamlı izlənməsi və brendə uyğun şəkildə tətbiq edilməsi;
  • Xarici bazarlar üçün digital reklam kampaniyalarının (Meta Ads, TikTok Ads və s.) planlanması, idarə olunması və nəticələrinin təhlil edilməsi;
  • Xarici bazarların araşdırılması, hədəf auditoriyanın müəyyənləşdirilməsi və uyğun müştəri həllərinin hazırlanması;
  • Kampaniyaların effektivliyini ölçmək üçün analitik alətlərlə işləmək və müntəzəm hesabatların hazırlanması.

Tələblər

  • Google Ads – Search, Display, YouTube kampaniyalarının qurulması və optimizasiyası üzrə biliklər;
  • Meta Ads (Facebook & Instagram) – funnel əsaslı reklam strategiyaları üzrə biliklər;
  • Google Analytics – trafik, conversion və davranış analizi üzrə biliklər;
  • SEO & SEM – texniki SEO, on-page/off-page anlayışı üzrə biliklər;
  • Google Tag Manager – event və conversion izləmə bacarığı;
  • A/B testlər, CRO (Conversion Rate Optimization) üzrə biliklər;
  • E-mail marketinq, push notification və remarketing strategiyaları üzrə biliklər.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali (Marketinq, Biznesin İdarəedilməsi, PR və ya əlaqəli sahə üzrə)
  • İş təcrübəsi: Sahə üzrə min. 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Yüksək səviyyədə ingilis dili və rus dili bilikləri (əlavə dil bilikləri üstünlükdür)

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafiki;
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Dijital marketinq meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot