Kontent menecer / Kopirayter

Arash Company Son tarix: 02 мая 2026 76

Vəzifə öhdəlikləri

Arash Company Kontent Menecer vəzifəsi üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiya strategiyasınına əsasən reklam, bloq məqalələri, məhsul təsvirləri, video ssenariləri və sosial media məzmunları daxil olmaqla müxtəlif marketinq materialları üçün yaradıcı və maraqlı mətnlərin hazırlanması;
  • Veb sayt, blog, sosial media və digər rəqəmsal platformalar üçün orijinal və keyfiyyətli məzmunun yaradılması;
  • Müştəri məqsədləri, müştəriyə xas “tone of voice” və marketinq strategiyaları ilə uyğun yaradıcı və unikal məzmun ideyaları ərsəyə gətirmək;
  • Bazar trendlərini və yenilikləri izləyərək, operativ şəkildə tətbiq etmək ;
  • İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 9:00-15:00
  • Əmək haqqı: razılaşma ilə, namizədin bilik və təcrübələrindən asılı olacaq

Tələblər

  • Yazılı və şifahi səlis Azərbaycan dili biliyi;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə və yazı bacarığı ;
  • Deadline ilə işləmək bacarığı;
  • Baza sosial media idarəedilməsi və SEO bilikləri;
  • MS Office proqramları ilə orta səviyyədə işləmək bacarığı;

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot