E
Call-center mütəxəssisi
Vəzifə öhdəlikləri
ELEKTRA AZ — Azərbaycanda elektrik avtomobilləri üçün şarj infrastrukturunun lideridir və ölkə üzrə 50-dən çox lokasiyada stansiyalara malikdir. 2022-ci ildə təsis olunan şirkət elektrik avtomobillərinin şarj xidmətlərini təqdim edir, həmçinin şarj stansiyalarının satışı ilə məşğuldur və elektromobil sahibləri üçün müasir həllərin əlçatanlığını artırır.
- Gələn zənglərin qəbulu və emalı
- Müştərilərə xidmətlər və şarj stansiyaları haqqında məlumat vermək
- Çıxış zəngləri (məlumatlandırma, təsdiqləmə və s.)
- Yüksək səviyyəli müştəri xidmətinin təmin edilməsi
Tələblər
- Azərbaycan və Rus dillərində sərbəst danışıq
- Dəqiq nitq və səlis danışıq qabiliyyəti
- Nəzakət, diqqətlilik və stresə davamlılıq
Üstünlük verilən bacarıqlar (arzuedilən):
- IT sahəsində bilik və təcrübə
- Call-center sahəsində təcrübə
- Elektrik avtomobilləri və şarj stansiyaları haqqında ilkin texniki məlumat
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Komandanın dəstəyi və ilkin təlim
- Sabit əmək haqqı + bonuslar
- Sürətlə inkişaf edən şirkətdə karyera imkanları
Məşğulluq növü: Axşam və ya həftəsonu
Lokasiya: SAT Plaza, 133 Bəşir Səfəroğlu küç., Bakı 1009
CV-nizi Müraciət Et düyməsində göstərilən E-poçt ünvanına göndərin.
Oxşar vakansiyalar