Qeydiyyatçı (Müvəqqəti əvəzləmə)

Facility Management Group Son tarix: 02 aprel 2026 162

Vəzifə öhdəlikləri

Şirkətimizin inzibati mərkəzinə müraciət edən qonaqları yüksək peşəkarlıqla qarşılayacaq, gündəlik resepsiyon və ofis idarəçiliyi proseslərini səmərəli şəkildə həyata keçirəcək məsuliyyətli və təşəbbüskar Qeydiyyatçı axtarırıq. Bu rol həm qonaqlarla birbaşa ünsiyyətdə yüksək standartların qorunmasını, həm də ofisdaxili inzibati işlərin operativ və düzgün icrasını nəzərdə tutur.

Təsvir

  • Ofisə daxil olan qonaqları səmimi və peşəkar şəkildə qarşılamaq, onlara məlumat vermək və müvafiq əməkdaşlara yönləndirmək;
  • Telefon zənglərini və e‑mailləri vaxtında cavablandırmaq, sorğuları düzgün qiymətləndirərək aidiyyəti bölmələrə yönləndirmək;
  • Qəbul otağının səliqə və təchizatına nəzarət etmək, zəruri dəftərxana ləvazimatları ilə təminatın fasiləsizliyini qorumaq;
  • Gün ərzində daxil olan məktubları, sənədləri və bağlamaları qəbul edib qeydiyyata almaq və ünvanlanan şəxslərə çatdırmaq;
  • Görüş və iclasların təşkilinə dəstək göstərmək, iclas otaqlarının uyğun vəziyyətdə olmasını təmin etmək;
  • İnzibati tapşırıqları müəyyən olunmuş prosedurlara və keyfiyyət standartlarına uyğun şəkildə icra etmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili biliyi (ingilis dili biliyi arzu olunandır);
  • Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Ofis avadanlıqları ilə praktiki təcrübə;
  • Yüksək səviyyədə təşkilatçılıq bacarığı;
  • Effektiv ünsiyyət qurmaq və komanda şəraitində işləmək bacarıqları.

Qeyd: Analıq məzuniyyətində olan əməkdaşı müvəqqəti əvəzləmə.

Vakansiya növü - Tam ştat

Əmək haqqı 500 - 600 AZN

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • Korporativ tədbirlər
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot