E
HR Menecer
Vəzifə öhdəlikləri
- Mağazalar üzrə işçi ehtiyacının real təhlili və planlaşdırılması
- İşə qəbul prosesinin tam təşkili və sürətli seleksiya
- Satış heyəti və menecerlər üçün KPI sisteminin qurulması və nəzarəti
- Yeni işçilər üçün adaptasiya (oriyentasiya) prosesinin təşkili
- Sınaq müddətində işçilərin fəaliyyətinin izlənilməsi və zəif nəticə göstərənlər üzrə qərarların hazırlanması
- Daxili intizam qaydalarına əməl olunmasına nəzarət və pozuntuların sənədləşdirilməsi
- İşçi dövriyyəsinin səbəblərinin rəqəmlərlə təhlili və azaldılması üzrə tədbirlər
- Kadr bazasının formalaşdırılması və yenilənməsi
- İşçilər üzrə aylıq və illik HR hesabatlarının hazırlanması
- Əmək müqavilələri, əmrlər və kadr sənədlərinin əmək qanunvericiliyinə uyğun icrasına nəzarət
Tələblər
- Pərakəndə satış və ya mağaza şəbəkəsində HR və ya əməliyyat təcrübəsi (mütləq)
- İşçi keyfiyyətinin ölçülməsi, zəif işçilərin vaxtında aşkar edilməsi və çıxarılması üzrə real təcrübə
- Ali təhsil (İnsan Resursları, Menecment, İqtisadiyyat və ya əlaqəli sahə)
- Ümumi iş təcrübəsi minimum 4–5 il
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini praktik səviyyədə bilmək
- İşə qəbul, sınaq müddəti və KPI əsaslı performans qiymətləndirmə sistemləri ilə işləmə bacarığı
- Analitik düşünmə, sərt qərarvermə və münaqişə idarəetmə bacarığı
- MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı
- İngilis və Rus dilləri üstünlükdür
İş şəraiti
- Əmək haqqı: Danışıqlar əsasında + nəticəyə bağlı bonus
- Nahar yeməyi şirkət tərəfindən təmin olunur
- Real səlahiyyət və nəticəyə əsaslanan karyera yüksəlişi
- Dinamik pərakəndə mühitdə qərarvermə imkanı
CV-lərinizi mövzu hissəsində “HR Menecer (Retail)” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar