Qeydiyyat üzrə inzibatçı

Old Baku City MMC (Old Town Plaza) Son tarix: 16 dekabr 2026 96

Vəzifə öhdəlikləri

İş yeri: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 123.

  • Plaza ərazisinə daxil olan şəxslərin və qonaqların qeydiyyatının aparılması;
  • Ziyarətçilərin qarşılanması, yönləndirilməsi və müvafiq məlumatların təqdim edilməsi;
  • Giriş-çıxış qaydalarına və qeydiyyat prosedurlarına nəzarət edilməsi;
  • Gündəlik qeydiyyat jurnallarının və müvafiq hesabatların aparılması;
  • Daxili intizam və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Rəhbərliyin müvafiq tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili bilikləri üstünlükdür;
  • Kompüter və MS Office proqramlarından istifadə bacarığı;
  • Ünsiyyətqurma, məsuliyyətlilik və operativlik;
  • Diqqətli, səliqəli və komandada işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: Növbəli rejimdə, həftənin 6 günü;
  • İş saatları: Bir gün 07:00–17:00, növbəti gün 09:00–17:00;
  • Çay və nahar fasilələri iş vaxtına daxildir;
  • Əməkhaqqı: 500 AZN (NET);
  • Rəsmi əmək müqaviləsi.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot