R
HR Mütəxəssisi
Vəzifə öhdəlikləri
Əsas öhdəliklər:
- İşə qəbul və seçimlər: Tikinti layihələri üçün tələb olunan mühəndis-texniki heyətin, usta və fəhlələrin axtarışı, müsahibələrin keçirilməsi və işə qəbulu prosesini idarə etmək.
- Əmək qanunvericiliyi və kargüzarlıq: Əmək Məcəlləsinə uyğun olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, xitam və məzuniyyət əmrlərini hazırlamaq; ƏMAS (e-gov) alt sistemində əməliyyatları tam və vaxtında icra etmək.
- Kadr uçotu: Şəxsi işlərin formalaşdırılması, əmək kitabçalarının (və ya elektron uçotun) idarə olunması və tabel uçotuna (vaxta nəzarət) nəzarət etmək.
- Sahə/Obyekt koordinasiyası: Tikinti obyektlərində çalışan işçilərin rotasiyası, növbəli iş rejimləri və gediş-gəliş proseslərinin HR tərəfini tənzimləmək.
- Əməkhaqqı və Davamiyyət: Aylıq davamiyyət (tabel) göstəricilərini toplamaq, yoxlamaq və əməkhaqqı hesablanması üçün mühasibatlığa təqdim etmək.
- Əməyin mühafizəsi ilə koordinasiya: SƏTƏM (HSE) şöbəsi ilə birgə işçilərin ilkin təlimatlandırılması və tibbi müayinələrin izlənməsini təmin etmək.
- Daxili qaydalar və adaptasiya: Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə olan tələblər:
- Yaş həddi 25 +
- Təhsil: Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Psixologiya sahəsi arzuolunandır).
- Təcrübə: İnsan resursları sahəsində minimum 5 + il iş təcrübəsi (tikinti və ya istehsalat sektorunda təcrübə mütləqdir/arzuolunandır).
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
Proqram bilikləri:
- ƏMAS portali ilə sərbəst işləmək bacarığı.
- 1C: HR / HRMS proqramı.
- MS Office (Excel, Word) – yaxşı səviyyədə.
Bacıraqlıqlar: Yüksək ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti, kütləvi işə qəbul (mass recruitment) təcrübəsi, operativlik və gərgin iş rejimində işləmək bacarığı.
Ünvan - Svetlana Məmmədova 203c
Əməkhaqqı - 800 Azn +
Əlaqə - 0512059867
Qeyd - yalnız tələblərə uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar