Proqram rəhbəri

Qarabağ Universiteti Son tarix: 29 iyul 2026 26

Vəzifə öhdəlikləri

Qarabağ Universiteti “Tarix” və “Dövlət və ictimai münasibətlər” ixtisasları üzrə Proqram rəhbəri vəzifəsinə peşəkar, təşəbbüskar, liderlik və akademik idarəetmə bacarıqlarına malik namizədləri müraciət etməyə dəvət edir.

  • Proqram üzrə akademik, elmi və inzibati fəaliyyətin təşkilinə və idarə olunmasına rəhbərlik etmək;
  • Proqram üzrə təhsil proqramı, tədris planı, sillabus və digər zəruri tədris sənədlərinin işlənməsini təmin etmək; 
  • Proqram üzrə keyfiyyət təminatı tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Fakültə və universitetin müvafiq struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək;
  • Proqram üzrə illik hesabatların, fəaliyyət planlarının və inkişaf təkliflərinin hazırlanmasını təmin etmək.

Tələblər

  • Proqram profilinə uyğun sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi;
  • Ali təhsil müəssisəsində elmi-pedaqoji və idarəetmə təcrübəsi;
  • Təhsil proqramlarının təşkili və idarə olunması sahəsində biliklər; 
  • Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər və hesabatlarla işləmək bacarığı; 
  • Akademik planlaşdırma və təşkilatçılıq bacarıqları; 
  • Liderlik, qərarvermə və komanda ilə işləmək bacarığı; 
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • İngilis dilində minimum C1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;
  • Beynəlxalq əməkdaşlıq, layihə fəaliyyəti və ya akkreditasiya təcrübəsi üstünlük hesab olunur. 

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində);
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
  • Elmi və elmi-metodiki işlərin siyahısı;
  • Motivasiya məktubu (maksimum 500 söz).

Təklif etdiyimiz üstünlüklər: 

  • Rəqabətədavamlı əməkhaqqı
  • Elmi-tədqiqat mühiti 
  • Xankəndidə mənzillə təminat
  • Akademik inkişaf imkanları
  • Ekoloji təmiz və yaşıl şəhər

Qeyd 1: Müraciət məktubunun mövzu hissəsində “Proqram rəhbəri vakansiyası” ifadəsini qeyd edilməsi vacibdir.

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot