B
Ofis meneceri
Vəzifə öhdəlikləri
BERC Group MMC Ofis meneceri vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Ofisin gündəlik inzibati və təşkilati fəaliyyətinin tam şəkildə idarə olunması
- Ofis daxili proseslərin koordinasiyası və şöbələrarası effektiv ünsiyyətin təmin edilməsi
- Rəhbərlik üçün inzibati dəstəyin göstərilməsi, tapşırıqların icrası və icra vəziyyəti barədə mütəmadi məlumatlandırma
- Daxil olan zənglərin, elektron məktubların və yazışmaların cavablandırılması, yönləndirilməsi və nəzarətdə saxlanılması
- Müştərilərə və müraciət edən şəxslərə xidmətlər barədə dəqiq və dolğun məlumatların verilməsi, aidiyyəti şöbələrə yönləndirilməsi
- Rəsmi məktubların, ərizələrin, hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması, qeydiyyatı və düzgün arxivləşdirilməsi
- Gündəlik kargüzarlıq işlərinin aparılması, tapşırıqların icrasına nəzarət və gündəlik hesabatların hazırlanması
- Görüşlərin, iclasların planlaşdırılması, təşkili və koordinasiyası
- Qonaqların qarşılanması, yönləndirilməsi və ofis daxilində işgüzar ünsiyyətin təşkili
- Ofis ləvazimatlarının, texniki avadanlıqların və digər inzibati ehtiyacların vaxtında təmin edilməsi
- Təchizatçılar, kuryer və servis xidmətləri ilə əməkdaşlıq və əlaqələrin idarə olunması
- Şirkətin mebel və inventarının uçotu, qorunması və vaxtında təmirinə nəzarət edilməsi
- Təmizlik işlərinin və ofis otaqlarının səliqəli saxlanmasının təşkili
- Daxili qaydalar, standartlar, iş intizamı və ofis etikası qaydalarına riayət olunmasına nəzarət
- Yeni əməkdaşların ofis daxili adaptasiya prosesinə dəstək göstərilməsi
- Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların vaxtında və keyfiyyətli icrası
Tələblər
- Təhsil: Ali təhsil.
- Təcrübə: Müvafiq sahədə minimum 1-2 illik iş təcrübəsi
Dil bilikləri:
- Azərbaycan dilində səlis və aydın danışıq qabiliyyətinə malik olması;
- Rus dili biliyi mütləqdir;
- İngilis dili biliyi üstünlükdür.
Texniki səriştələr:
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri olması üstünlükdür )
- MS Office proqramlarında (Word, Excel) yaxşı səviyyədə işləmə bacarığı
- Elektron poçt və telefon vasitəsilə işgüzar ünsiyyət qaydalarına bələd olmaq
- Sənədlərin hazırlanması, qeydiyyatı və saxlanılması üzrə baza biliklər
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin icrasında operativlik
- Görüş və iclasların planlaşdırılmasında ilkin dəstək göstərmək bacarığı
- Ofis texnikasından (printer, skaner və s.) istifadə bacarığı
- Təchizatçı və servis xidmətləri ilə ilkin əlaqələrin qurulması
Davranış səriştələri:
- İşgüzar etikaya və korporativ davranış qaydalarına riayət
- Yüksək ünsiyyət və dinləmə bacarığı
- Məsuliyyətli və öyrənməyə açıq yanaşma
- Vaxtın düzgün idarə olunması və tapşırıqlara əməl etmə
- Komandada işləmək və rəhbərliyin göstərişlərinə uyğun fəaliyyət
- Stressli vəziyyətlərdə nəzakətli və sakit davranış
- Dəqiqlik, intizam və nizam-intizamlı iş tərzi
- Müştəriyönümlü düşüncə və xidmət mədəniyyəti
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
İş şəraiti
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- Təlim və kurslardan endirimli yararlanmaq imkanı
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
- Nahar yeməyinin təşkili.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Oxşar vakansiyalar