Şöbə müdirinin müavini / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

AzerGold CJSC Son tarix: 16 aprel 2026 60

Vəzifə öhdəlikləri

  • Şöbənin səlahiyyətləri çərçivəsində kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması sahəsində işlərin təşkilinin, tənzimlənməsinin və təkmilləşdirilməsinin təmin olunmasına nəzarət etmək;
  • Aidiyyəti üzrə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət olunmasında iştirak etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində media, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması sahəsində işlərin təşkilinin, tənzimlənməsinin və təkmilləşdirilməsinin təmin olunmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən kommunikasiya və media ilə bağlı işlərlə əlaqədar olaraq hədəf kütləsi ilə işin qurulması və əks əlaqələrin həyata keçirilməsi və bundan irəli gələn digər aidiyyəti işlərin həyata keçirilməsinin təmin olunmasında iştirak etmək;
  • Müvafiq dövrü hesabatların hazırlanmasına nəzarət etmək;
  • Qurumun fəaliyyəti haqqında məlumatların saytlar, sosial media və digər kanallar vasitəsilə yayımlanmasına nəzarət etmək;
  • Qurumun ictimaiyyətlə, media ilə əlaqələr sahəsində xarici və daxili konsepsiyası, kommunikasiya strategiyasını işləyib hazırlamaq və onların icrasına nəzarəti təmin etmək;
  • Mətbuat konfransları, brifinq və rəhbər heyətin media açıqlamalarının, müsahibələrinin alınması prosesinin təşkilinə nəzarət;
  • Cəmiyyət tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlərin planlaşdırılması, təşkilinə dəstək və nəzarəti təmin etmək.

Tələblər

  • Azərbaycan dili səlis, Rus dili və İngilis dilləri yaxşı;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Müvafiq sahə üzrə sertifikatlar üstünlükdür;
  • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Təşəbbüskarlıq, Çeviklik, Liderlik, Problem həlletmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali (jurnalistika, PR, beynəlxalq münasibətlər, sosial elmlər və əlaqəli sahələr üzrə ixtisaslaşmaya üstünlük veriləcək);
  • Müvafiq sahə üzrə minimum 4 il, idarəetmə sahəsində minimum 2 il iş təcrübəsi;

İş qrafiki: Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

İş şəraiti

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot