Müştəri xidmətləri üzrə mütəxəssis

Mayak Residence Son tarix: 30 yanvar 2026 306

Vəzifə öhdəlikləri

  • Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
  • Qonaqlarla görüşlərin təşkil olunması;
  • Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
  • Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
  • Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
  • Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
  • Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Tələblər

  • Ali təhsil 
  • Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
  • Rus dilində sərbəst ünsiyyət bacarığının olması tələb olunur.
  • Müştəri xidmətləri üzrə təcrübənin olması üstünlük hesab edilir.
  • Təşkilati bacarıqlar;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək etik davranış qabiliyyəti;
  • Səbrli və məsuliyyətli olmalı.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir)
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
  • İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
  • Müraciət qaydası:
    Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Müştəri xismətləri üzrə mütəxəssis” qeyd edərək, 
    Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
    Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Oxşar vakansiyalar

Telegram kanalına qoşul