E
Çağrı mərkəzi üzrə Operator
Vəzifə öhdəlikləri
“Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Çağrı mərkəzi üzrə Operator vəzifəsinə peşəkar namizədlərin müraciətini qəbul edir.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
- Müştərilərə məhsul və xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
- Müştəri müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
- Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
- Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması
Tələblər
- Türk dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Yüksək kommunikasiya və dinləmə bacarığı
- Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
- MS Office proqramlarında işləmə bacarığı
- Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
- Müvafiq sahədə 1-2 il iş təcrübəsinin olması arzuolunandır
- Xanım namizədlərə üstünlük verilir
- Türkiyədə təhsil almış namizədlərə üstünlük verilir
İş şəraiti
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 500-700 AZN
- İş qrafiki: Növbəli rejim
- Peşəkar inkişaf və təlim proqramları
- Stabil və korporativ iş mühiti
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Çağrı mərkəzi üzrə Operator” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar