S
Müqavilələr üzrə Mütəxəssis
Sabah Investment Group Son tarix: 18 may 2025
188
Vəzifə öhdəlikləri:
  • Mənzillərin alqı-satqısı üzrə müqavilə və əlavələrinin hazırlanması və hüquqi çərçivəyə uyğunluğunun təmin edilməsi.
  • Müqavilələrin hər iki tərəfin (müştəri və satıcı) maraqlarına uyğun şəkildə tərtib edilməsi.
  • Hazırlanan sənədlərin daxili prosedura uyğun olaraq əlaqəli şöbələr (satış rəhbəri, hüquqşünas, maliyyə) tərəfindən yoxlanılmasını və təsdiqlənməsini koordinasiya etmək.
  • Müqavilələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə tam uyğunluğunu təmin etmək.
  • Satış menecerləri və hüquq komandası ilə sıx əməkdaşlıq edərək sənədlərdəki düzəliş və razılaşdırmaları vaxtında yerinə yetirmək.
  • Müqavilələrin Bitrix və digər daxili platformalarda düzgün formada yerləşdirilməsini təmin etmək.
  • Müştərilərlə sənədləşmə prosesi zamanı yaranan hüquqi suallara cavab vermək və dəstək göstərmək.
  • Hazır sənədlərin PDF formasında müştəriyə göndərilməsi və imzalanma prosesinin idarə olunması.
Tələblər:
  • Hüquq, biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil.
  • Mənzil alqı-satqısı sahəsində və ya daşınmaz əmlak üzrə minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan dilində əla səviyyədə yazılı və şifahi bacarıqlar, hüquqi yazışma bilikləri.
  • İngilis dili biliyi arzuolunandır.
  • Bitrix və digər sənəd idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür.
  • Diqqətli, məsuliyyətli və yüksək sənəd analizi bacarığı olan.
  • Komanda ilə işləmə bacarığı və güclü kommunikasiya qabiliyyəti.

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət et