Mənzillərin alqı-satqısı üzrə müqavilə və əlavələrinin hazırlanması və hüquqi çərçivəyə uyğunluğunun təmin edilməsi.
Müqavilələrin hər iki tərəfin (müştəri və satıcı) maraqlarına uyğun şəkildə tərtib edilməsi.
Hazırlanan sənədlərin daxili prosedura uyğun olaraq əlaqəli şöbələr (satış rəhbəri, hüquqşünas, maliyyə) tərəfindən yoxlanılmasını və təsdiqlənməsini koordinasiya etmək.
Müqavilələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə tam uyğunluğunu təmin etmək.
Satış menecerləri və hüquq komandası ilə sıx əməkdaşlıq edərək sənədlərdəki düzəliş və razılaşdırmaları vaxtında yerinə yetirmək.
Müqavilələrin Bitrix və digər daxili platformalarda düzgün formada yerləşdirilməsini təmin etmək.
Müştərilərlə sənədləşmə prosesi zamanı yaranan hüquqi suallara cavab vermək və dəstək göstərmək.
Hazır sənədlərin PDF formasında müştəriyə göndərilməsi və imzalanma prosesinin idarə olunması.
Tələblər:
Hüquq, biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil.
Mənzil alqı-satqısı sahəsində və ya daşınmaz əmlak üzrə minimum 2 il iş təcrübəsi.
Azərbaycan dilində əla səviyyədə yazılı və şifahi bacarıqlar, hüquqi yazışma bilikləri.
İngilis dili biliyi arzuolunandır.
Bitrix və digər sənəd idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür.
Diqqətli, məsuliyyətli və yüksək sənəd analizi bacarığı olan.
Komanda ilə işləmə bacarığı və güclü kommunikasiya qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.