N
Mühasib
Vəzifə öhdəlikləri
“Nardaran İnvest” MMC “Mühasib” vakansiyasını elan edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
- Bank əməliyyatları üzrə müxabirləşmələri düzgün aparmaq və onların düzgünlüyünü yoxlamaq;
- Mühasibat uçotu sistemində ödənişlərlə bağlı məlumatların düzgün və vaxtında işlənilməsini təmin etmək;
- Pul vəsaitlərinin hərəkəti (Cash Flow) üzrə əməliyyatların düzgün təsnifatını təmin etmək və prosesin effektiv icrasında iştirak etmək;
- Mühasibat uçotunda əməliyyatların hesablar planına uyğun olaraq düzgün əks etdirilməsini təmin etmək;
- Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq;
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarını vaxtında və dəqiq icra etmək;
- Maliyyə sənədlərinin düzgünlüyünü yoxlamaq, məlumatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etmək;
- Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq maliyyə məlumatlarını düzgün və vaxtında təmin etmək;
- Rəhbərliyin tələblərinə uyğun maliyyə və ödəniş hesabatlarının hazırlanmasına dəstək olmaq;
- Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
- ERP proqramları ilə işləmək bacarığı (mütləqdir);
- Ödənişlər üzrə mühasib və ya oxşar vəzifədə iş təcrübəsi;
- Bank əməliyyatları və ödəniş prosesləri üzrə yaxşı bilik;
- Cash Flow anlayışını və əməliyyatların bu istiqamətdə təsnifatı üzrə biliklər;
- Mühasibat uçotu və hesablar planını yaxşı səviyyədə bilmək;
- Rus dilini minimum orta səviyyədə bilmək;
- Analitik düşünmə, problemləri araşdırmaq və operativ həll etmək bacarığı;
- Diqqətli, məsuliyyətli, çevik və komandada işləmək bacarığı.
Üstünlük veriləcək:
- ERP sistemlərində iş təcrübəsi;
- Böyük həcmli ödəniş əməliyyatları ilə iş təcrübəsi;
- Maliyyə hesabatları və cash flow planlaşdırılması üzrə təcrübə.
- İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Oxşar vakansiyalar