Mühasib

Nardaran İnvest Son tarix: 14 oktyabr 2026 40

Vəzifə öhdəlikləri

“Nardaran İnvest” MMC “Mühasib” vakansiyasını elan edir!

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

  • Bank əməliyyatları üzrə müxabirləşmələri düzgün aparmaq və onların düzgünlüyünü yoxlamaq;
  • Mühasibat uçotu sistemində ödənişlərlə bağlı məlumatların düzgün və vaxtında işlənilməsini təmin etmək;
  • Pul vəsaitlərinin hərəkəti (Cash Flow) üzrə əməliyyatların düzgün təsnifatını təmin etmək və prosesin effektiv icrasında iştirak etmək;
  • Mühasibat uçotunda əməliyyatların hesablar planına uyğun olaraq düzgün əks etdirilməsini təmin etmək; 
  • Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq;
  • Gündəlik maliyyə və mühasibat əməliyyatlarını vaxtında və dəqiq icra etmək;
  • Maliyyə sənədlərinin düzgünlüyünü yoxlamaq, məlumatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etmək;
  • Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq maliyyə məlumatlarını düzgün və vaxtında təmin etmək;
  • Rəhbərliyin tələblərinə uyğun maliyyə və ödəniş hesabatlarının hazırlanmasına dəstək olmaq;
  • Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarını yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • ERP proqramları ilə işləmək bacarığı (mütləqdir);
  • Ödənişlər üzrə mühasib və ya oxşar vəzifədə iş təcrübəsi;
  • Bank əməliyyatları və ödəniş prosesləri üzrə yaxşı bilik;
  • Cash Flow anlayışını və əməliyyatların bu istiqamətdə təsnifatı üzrə biliklər;
  • Mühasibat uçotu və hesablar planını yaxşı səviyyədə bilmək;
  • Rus dilini minimum orta səviyyədə bilmək;
  • Analitik düşünmə, problemləri araşdırmaq və operativ həll etmək bacarığı;
  • Diqqətli, məsuliyyətli, çevik və komandada işləmək bacarığı.

Üstünlük veriləcək:

  • ERP sistemlərində iş təcrübəsi;
  • Böyük həcmli ödəniş əməliyyatları ilə iş təcrübəsi;
  • Maliyyə hesabatları və cash flow planlaşdırılması üzrə təcrübə.
  • İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot