Müdir müavini

A Plus Supermarketlər şəbəkəsi Son tarix: 13 mart 2026 59

Vəzifə öhdəlikləri

  • Mağazanın satış, xərclər, stok və sifariş proseslərinə nəzarət etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək və xidmət keyfiyyətinə nəzarət etmək;
  • Malların vitrin və rəflərdə səliqəli, standartlara uyğun yerləşdirilməsini təmin etmək;
  • Anbarda malların düzgün şəraitdə saxlanılmasını, itki və zədələnmə hallarının qarşısının alınmasını təmin etmək;
  • Inventarizasiya prosesində iştirak etmək;
  • Qaytarmaların və sənədləşmələrin vaxtında və düzgün icrasına nəzarət etmək;
  • İşçi heyətinin işini koordinasiya etmək və motivasiyasını artırmaq;
  • Əməyin mühafizəsi qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Ünsiyyət və idarəetmə bacarıqları;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • İdarəetmə sahəsində minimum 1 il təcrübə;
  • Yaş həddi: 28–45 yaş.

İş şəraiti

  • Əmək haqqı: 1000–1200 AZN;
  • Nahar və iş geyimi şirkət tərəfindən təmin olunur;
  • İş vaxtı: növbəli qrafik;
  • Həftədə 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Məktubun mövzu bölməsində “Müdir müavini” yazılması mütləqdir. Mövzu qeyd olunmadığı halda müraciətlər nəzərdən keçirilməyəcəkdir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot