V
Mopedli Kuryer (Onlayn Satış Departamenti)
Vəzifə öhdəlikləri
- Onlayn sifarişlərin müştərilərə vaxtında və keyfiyyətli şəkildə çatdırılmasını təmin etmək;
- Məhsulların təhlükəsiz və zədələnmədən təyinat nöqtəsinə çatdırılmasına nəzarət etmək;
- Çatdırılma prosesində şirkətin xidmət standartlarına riayət etmək;
- Yol hərəkəti qaydalarına tam uyğun şəkildə nəqliyyat vasitəsini idarə etmək;
- Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq.
Tələblər
- Şəxsi mopedin olması mütləqdir;
- A və ya A1 kateqoriyalı sürücülük vəsiqəsi;
- Kuryer və ya çatdırılma sahəsində minimum 1 il iş təcrübəsi;
- Bakı şəhərinin küçə və ünvanlarını yaxşı tanımaq;
- Naviqasiya proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyətli, operativ, punktual və intizamlı olmaq.
Şirkət tərəfindən təklif olunur:
- Azərbaycanın tanınmış şirkətlərindən birində çalışma imkanı;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Stabil və vaxtında ödənilən əməkhaqqı;
- Peşəkar və dinamik komandada fəaliyyət göstərmək imkanı.
Uyğun Namizədlər öz cvlərini “Moto kuryer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin.
İş şəraiti
- Departament: Onlayn Satış
- İş qrafiki: Həftədə 6 iş günü (Bazar günü iş günü hesab olunur, həftə ərzində 1 gün istirahət verilir)
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
Oxşar vakansiyalar