Mopedli Kuryer (Onlayn Satış Departamenti)

VMF Son tarix: 01 iyul 2026 60

Vəzifə öhdəlikləri

  • Onlayn sifarişlərin müştərilərə vaxtında və keyfiyyətli şəkildə çatdırılmasını təmin etmək;
  • Məhsulların təhlükəsiz və zədələnmədən təyinat nöqtəsinə çatdırılmasına nəzarət etmək;
  • Çatdırılma prosesində şirkətin xidmət standartlarına riayət etmək;
  • Yol hərəkəti qaydalarına tam uyğun şəkildə nəqliyyat vasitəsini idarə etmək;
  • Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq. 

Tələblər

  • Şəxsi mopedin olması mütləqdir;
  • A və ya A1 kateqoriyalı sürücülük vəsiqəsi;
  • Kuryer və ya çatdırılma sahəsində minimum 1 il iş təcrübəsi;
  • Bakı şəhərinin küçə və ünvanlarını yaxşı tanımaq;
  • Naviqasiya proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyətli, operativ, punktual və intizamlı olmaq.

Şirkət tərəfindən təklif olunur:

  • Azərbaycanın tanınmış şirkətlərindən birində çalışma imkanı;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Stabil və vaxtında ödənilən əməkhaqqı;
  • Peşəkar və dinamik komandada fəaliyyət göstərmək imkanı.

Uyğun Namizədlər öz cvlərini “Moto kuryer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin.

İş şəraiti

  • Departament: Onlayn Satış
  • İş qrafiki: Həftədə 6 iş günü (Bazar günü iş günü hesab olunur, həftə ərzində 1 gün istirahət verilir)
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot