Montajçı

ABV Son tarix: 13 avqust 2026 7

Vəzifə öhdəlikləri

  • Fiber-optik kabellərin çəkilişi, qaynaq olunması və sonlandırılması işlərinin həyata keçirilməsi;
  • Data və elektrik kabellərinin qapalı məkanlarda və açıq ərazilərdə montajının yerinə yetirilməsi;
  • Video müşahidə sistemləri (CCTV), şlaqbaum, giriş-çıxışa nəzarət və digər təhlükəsizlik sistemlərinin quraşdırılması və sazlanması;
  • Lokal və strukturlaşdırılmış şəbəkə kabellərinin çəkilməsi, montajı, sonlandırılması və test edilməsi;
  • Səs sistemləri, TV və multimedia sistemlərinin kabelləşdirilməsi və quraşdırılması;
  • Elektrik avadanlıqlarının montaj və demontaj işlərinin həyata keçirilməsi;
  • Kabel kanallarının, suvaqaltı və digər kommunikasiya xətlərinin quraşdırılması;
  • Aşkarlanmış texniki nasazlıqların yerində diaqnostikasının aparılması və təmir-bərpa işlərinin icra edilməsi;
  • Görülmüş işlərin texniki standartlara, təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına uyğun şəkildə yerinə yetirilməsinin təmin edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Elektrik, şəbəkə və təhlükəsizlik sistemləri üzrə texniki biliklərə sahib olmaq;
  • Fiber-optik, data və elektrik kabelləri ilə işləmə təcrübəsi;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş təhlükəsizliyi qaydalarını bilmək;
  • Yüksəklikdə işləmək bacarığı;
  • Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və problem həll etmə bacarıqlarına malik olmaq;
  • Ezamiyyətlərə açıq olmaq.

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
  • Korporativ nömrə 

CV-nizi mövzu hissəsində "Montajçı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot