Montajçı
Vəzifə öhdəlikləri
- Fiber-optik kabellərin çəkilişi, qaynaq olunması və sonlandırılması işlərinin həyata keçirilməsi;
- Data və elektrik kabellərinin qapalı məkanlarda və açıq ərazilərdə montajının yerinə yetirilməsi;
- Video müşahidə sistemləri (CCTV), şlaqbaum, giriş-çıxışa nəzarət və digər təhlükəsizlik sistemlərinin quraşdırılması və sazlanması;
- Lokal və strukturlaşdırılmış şəbəkə kabellərinin çəkilməsi, montajı, sonlandırılması və test edilməsi;
- Səs sistemləri, TV və multimedia sistemlərinin kabelləşdirilməsi və quraşdırılması;
- Elektrik avadanlıqlarının montaj və demontaj işlərinin həyata keçirilməsi;
- Kabel kanallarının, suvaqaltı və digər kommunikasiya xətlərinin quraşdırılması;
- Aşkarlanmış texniki nasazlıqların yerində diaqnostikasının aparılması və təmir-bərpa işlərinin icra edilməsi;
- Görülmüş işlərin texniki standartlara, təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına uyğun şəkildə yerinə yetirilməsinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Elektrik, şəbəkə və təhlükəsizlik sistemləri üzrə texniki biliklərə sahib olmaq;
- Fiber-optik, data və elektrik kabelləri ilə işləmə təcrübəsi;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş təhlükəsizliyi qaydalarını bilmək;
- Yüksəklikdə işləmək bacarığı;
- Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Komandada işləmək və problem həll etmə bacarıqlarına malik olmaq;
- Ezamiyyətlərə açıq olmaq.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
- Korporativ nömrə
CV-nizi mövzu hissəsində "Montajçı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar