Məhsul sahibi – kiçik mütəxəssis (Junior Product Owner)

Unicapital Son tarix: 09 May 2026 24

Vəzifə öhdəlikləri

  • Məhsul vizyonunun və strategiyasının formalaşdırılması, maraqlı tərəflərlə uyğunlaşdırılması və icrasının təmin edilməsi;
  • Məhsul backlog-unun yaradılması, strukturlaşdırılması və prioritetləşdirilməsi;
  • Biznes tələblərinin toplanması, analizi və texniki komandaya aydın şəkildə çatdırılması;
  • Agile/Scrum komandası ilə gündəlik əməkdaşlıq;
  • Sprint planlaşdırma, demo və retrospektiv iclaslarında iştirak;
  • Məhsulun buraxılışlarını planlaşdırmaq və idarə etmək;
  • Müştəri rəylərinin və istifadəçi davranışlarının toplanması və nəzərə alınması;
  • Bazar və rəqib analizlərinin aparılması;
  • Layihənin vaxtında və büdcəyə uyğun şəkildə çatdırılmasına nəzarət
  • Maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya.

Tələblər

  • İT, biznes idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil;
  • Product Owner və ya Project Manager kimi minimum 1 il iş təcrübəsi;
  • Agile/Scrum metodologiyaları üzrə baza bilik;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Effektiv kommunikasiya və komandada işləmə bacarığı;
  • Jira, Trello, Asana və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
  • UX/UI əsas anlayışları üstünlükdür;
  • Tapşırıqların və layihə fəaliyyətlərinin planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;
  • Biznes tələblərinin düzgün formalaşdırılması və komandaya aydın şəkildə çatdırılması bacarığı;
  • Azərbaycan dili səlis, ingilis və rus dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot