Marketinq meneceri
Vəzifə öhdəlikləri
Ekspert Lazer Mərkəzi dermatoloji klinikası üçün Marketinq meneceri vəzifəsinə namizəd axtarırıq.
- Klinikanın marketinq strategiyasının və aylıq/illik fəaliyyət planlarının hazırlanması və icrası;
- Marketinq kampaniyalarının planlaşdırılması, təşkili və nəticələrinin təhlili;
- Foto və video çəkilişlərin, reklam və kreativ layihələrin koordinasiyası;
- Klinikanın xidmətlərinin tanıdılması və pasiyent axınının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
- Marketinq büdcəsinin planlaşdırılması və xərclərin optimallaşdırılması;
- Rəqiblərin və bazarın təhlili, yeni marketinq imkanlarının müəyyən edilməsi;
- Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması və KPI göstəricilərinin izlənilməsi;
- Marketinq komandası və kənar əməkdaşlarla işin koordinasiyası.
Tələblər
- Marketinq / Biznesin idarə olunması sahəsində ali təhsil;
- Marketinq üzrə minimum 3 il iş təcrübəsi;
- Rəqəmsal marketinq, sosial media və reklam alətləri üzrə praktiki biliklər;
- Marketinq strategiyasının və kontent planlarının hazırlanması bacarığı
- Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər;
- Rus dili biliyi üstünlükdür;
İş şəraiti
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00;
- Rəsmi əmək müqaviləsi;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Oxşar vakansiyalar