Marketinq meneceri

Arash Company Son tarix: 06 December 2026 18

Vəzifə öhdəlikləri

Ekspert Lazer Mərkəzi dermatoloji klinikası üçün Marketinq meneceri vəzifəsinə namizəd axtarırıq.

  • Klinikanın marketinq strategiyasının və aylıq/illik fəaliyyət planlarının hazırlanması və icrası;
  • Marketinq kampaniyalarının planlaşdırılması, təşkili və nəticələrinin təhlili;
  • Foto və video çəkilişlərin, reklam və kreativ layihələrin koordinasiyası;
  • Klinikanın xidmətlərinin tanıdılması və pasiyent axınının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
  • Marketinq büdcəsinin planlaşdırılması və xərclərin optimallaşdırılması;
  • Rəqiblərin və bazarın təhlili, yeni marketinq imkanlarının müəyyən edilməsi;
  • Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması və KPI göstəricilərinin izlənilməsi;
  • Marketinq komandası və kənar əməkdaşlarla işin koordinasiyası.

Tələblər

  • Marketinq / Biznesin idarə olunması sahəsində ali təhsil;
  • Marketinq üzrə minimum 3 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq, sosial media və reklam alətləri üzrə praktiki biliklər;
  • Marketinq strategiyasının və kontent planlarının hazırlanması bacarığı
  • Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər;
  • Rus dili biliyi üstünlükdür;

​​​​​​​İş şəraiti

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot