D
Marketinq Departament müdiri
Vəzifə öhdəlikləri
- Şirkətin qısa, orta və uzunmüddətli marketinq strategiyasını və fəaliyyət planlarını hazırlamaq, icrasını təmin etmək;
- Marketinq büdcəsini hazırlamaq, xərcləri idarə etmək və büdcənin effektiv istifadəsinə nəzarət etmək;
- Brend strategiyasını formalaşdırmaq, brendin mövqeləndirilməsi və kommunikasiya xəttini idarə etmək;
- Reklam, kampaniya, güzəşt və qiymət kommunikasiyası üzrə yanaşmaları hazırlamaq və icrasına nəzarət etmək;
- Rəqəmsal marketinq kanalları üzrə kampaniyaları idarə etmək, nəticələri təhlil etmək və optimallaşdırmaq;
- Google Analytics, Hotjar, Meta, Google Ads və digər analitika alətləri vasitəsilə marketinq göstəricilərini izləmək;
- Satış komandası ilə koordinasiyalı şəkildə mağaza trafikini və satış nəticələrini artıracaq marketinq təşəbbüsləri hazırlamaq;
- Müştəri seqmentasiyasını aparmaq, CRM və loyallıq yönümlü təşəbbüsləri inkişaf etdirmək;
- PR təşəbbüslərini, media əməkdaşlıqlarını, tədbirləri və korporativ kommunikasiya proseslərini idarə etmək;
- Yeni satış və tanıtım kanallarını araşdırmaq, bazar imkanlarını dəyərləndirmək və təkliflər vermək;
- Rəqiblərin fəaliyyəti, bazar tendensiyaları və müştəri davranışlarını davamlı təhlil etmək;
- Marketinq layihələrinin və kampaniyalarının effektivliyini qiymətləndirmək, ROI və digər KPI göstəricilərini izləmək;
- Komandanın iş bölgüsünü, inkişaf planlarını və motivasiya prosesini idarə etmək;
- Rəhbərlik üçün dövri hesabatlar və təqdimatlar hazırlamaq.
Tələblər
- Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
- Retail, FMCG və ya sürətli dövriyyəli biznes sahəsində təcrübə üstünlükdür
- Marketinq strategiyası, brend idarəçiliyi və kampaniya planlaması üzrə bilik və təcrübə
- Digital marketinq, sosial media, performans marketinqi və analitika alətləri ilə işləmə bacarığı
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır
- Marketinq planı, büdcə və hesabatların hazırlanması bacarığı
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, strateji yanaşma və nəticəyönümlülük
- Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları
Digər məlumatlar:
- Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
- Yanacaq kartı
- Nahar ilə təminat
- Könüllü tibbi sığorta paketi
- Korporativ mobil nömrə və aylıq danışıq limiti
Oxşar vakansiyalar