Marketinq Departament müdiri

Decoliv Son tarix: 26 June 2026 73

Vəzifə öhdəlikləri

  • Şirkətin qısa, orta və uzunmüddətli marketinq strategiyasını və fəaliyyət planlarını hazırlamaq, icrasını təmin etmək;
  • Marketinq büdcəsini hazırlamaq, xərcləri idarə etmək və büdcənin effektiv istifadəsinə nəzarət etmək;
  • Brend strategiyasını formalaşdırmaq, brendin mövqeləndirilməsi və kommunikasiya xəttini idarə etmək;
  • Reklam, kampaniya, güzəşt və qiymət kommunikasiyası üzrə yanaşmaları hazırlamaq və icrasına nəzarət etmək;
  • Rəqəmsal marketinq kanalları üzrə kampaniyaları idarə etmək, nəticələri təhlil etmək və optimallaşdırmaq;
  • Google Analytics, Hotjar, Meta, Google Ads və digər analitika alətləri vasitəsilə marketinq göstəricilərini izləmək;
  • Satış komandası ilə koordinasiyalı şəkildə mağaza trafikini və satış nəticələrini artıracaq marketinq təşəbbüsləri hazırlamaq;
  • Müştəri seqmentasiyasını aparmaq, CRM və loyallıq yönümlü təşəbbüsləri inkişaf etdirmək;
  • PR təşəbbüslərini, media əməkdaşlıqlarını, tədbirləri və korporativ kommunikasiya proseslərini idarə etmək;
  • Yeni satış və tanıtım kanallarını araşdırmaq, bazar imkanlarını dəyərləndirmək və təkliflər vermək;
  • Rəqiblərin fəaliyyəti, bazar tendensiyaları və müştəri davranışlarını davamlı təhlil etmək;
  • Marketinq layihələrinin və kampaniyalarının effektivliyini qiymətləndirmək, ROI və digər KPI göstəricilərini izləmək;
  • Komandanın iş bölgüsünü, inkişaf planlarını və motivasiya prosesini idarə etmək;
  • Rəhbərlik üçün dövri hesabatlar və təqdimatlar hazırlamaq.

Tələblər

  • Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
  • Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
  • Retail, FMCG və ya sürətli dövriyyəli biznes sahəsində təcrübə üstünlükdür
  • Marketinq strategiyası, brend idarəçiliyi və kampaniya planlaması üzrə bilik və təcrübə
  • Digital marketinq, sosial media, performans marketinqi və analitika alətləri ilə işləmə bacarığı
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır
  • Marketinq planı, büdcə və hesabatların hazırlanması bacarığı
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı səviyyədə işləmək bacarığı
  • Analitik düşünmə, strateji yanaşma və nəticəyönümlülük
  • Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları

Digər məlumatlar:

  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Yanacaq kartı
  • Nahar ilə təminat
  • Könüllü tibbi sığorta paketi
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot