Kiçik mütəxəssis

ADY Express Son tarix: 22 iyun 2026 109

Vəzifə öhdəlikləri

Struktur: Kommersiya departamentinin Satışa dəstək şöbəsi

  • Daşımalar üzrə daxil olan müştəri sorğularını qəbul etmək və emal etmək;
  • Daşımalar üzrə əməliyyat məlumatlarının və sifarişlərin sistemə daxil edilməsini təmin etmək;
  • Yüklərin hərəkəti, konteynerlərin dislokasiyası və daşınma statusları üzrə məlumatların toplanmasına və müştərilərə təqdim edilməsinə dəstək vermək;
  • Müştərilər, terminallar, ekspeditorlar, daşıyıcılar və digər tərəfdaşlarla işgüzar yazışmaları həyata keçirmək;
  • Dəmir yolu qaimələri, daşınma sənədləri və kommersiya sənədləri üzrə ilkin məlumatların hazırlanmasına dəstək vermək;
  • Günlük hesabatların hazırlanması və təqdim olunması.

Namizədə dair tələblər:

  • Ali təhsil: müvafiq sahə üzrə
  • İş stajı: tələb olunmur
  • Dil biliyi: rus, ingilis 
  • MS Office 

Funksional bilik və bacarıqlar: Satış texnikaları sahəsi üzrə yazılı və şifahi ünsiyyətə dair biliklər; Marketinq kommunikasiyaları üzrə biliklər; Bazar iqtisadiyyatının əsaslarına dair biliklər; 

Davranış bacarıqları: Ünsiyyət, əlaqələndirmə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi

İş qrafiki:

  • 5 günlük 
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot