İT üzrə mütəxəssis

Sağlam Ailə Son tarix: 11 may 2026 26

Vəzifə öhdəlikləri

  • Şirkətin İT infrastrukturunun stabil və fasiləsiz işləməsinin təmin edilməsi; 
  • Şəbəkə, server və video müşahidə sistemlərinin qurulması, idarə olunması və inkişaf etdirilməsi; 
  • İstifadəçilərə texniki dəstəyin təşkili və problemlərin operativ şəkildə həll olunmasına nəzarət; 
  • Hardware və software problemlərinin diaqnostikası, səbəblərinin müəyyən olunması və sistemli həlli; 
  • Şəbəkə və kabel infrastrukturu işlərinin planlanması, icrası və keyfiyyətinə nəzarət; 
  • Kamera sistemlərinin (CCTV, DVR/NVR) effektiv idarə olunması və davamlı işləməsinin təmin edilməsi; 
  • Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin optimallaşdırılması; 
  • İT proseslərinin strukturlaşdırılması və texniki sənədlərin hazırlanması; 
  • İnformasiya təhlükəsizliyi və məxfilik qaydalarına riayət olunmasının təmin edilməsi.

Qeyd:

  • İş qrafiki: həftənin 5 günü; 
  • Əmək haqqı: namizədin bilik və təcrübəsinə əsasən; 
  • Klinik xidmətlər üzrə güzəştlər mövcuddur.

Tələblər

  • Ali təhsil və sahə üzrə ciddi praktiki təcrübə; 
  • Azərbaycan dili – sərbəst, rus və ingilis dilləri – texniki səviyyədə; 
  • Şəbəkə infrastrukturu üzrə dərin biliklər (TCP/IP, DNS, DHCP, VPN, NAT); 
  • Windows Server mühitində iş təcrübəsi (Active Directory, GPO, File Server və s.); 
  • Şəbəkə arxitekturasını anlama və onu stabil şəkildə idarə etmə bacarığı; 
  • Şəbəkə avadanlıqları (router, switch, access point və s.) ilə peşəkar səviyyədə işləmə; 
  • Şəbəkə kabelləşdirmə işlərini (UTP, FTP və s.) həyata keçirmək və bu proseslərə nəzarət etmək bacarığı; 
  • Kabel xətlərinin çəkilməsi, sonlandırılması, test edilməsi və yaranan nasazlıqların aradan qaldırılması üzrə təcrübə; 
  • Video müşahidə sistemləri üzrə geniş təcrübə (CCTV, IP və analoq kameralar); 
  • DVR/NVR qurğularının konfiqurasiyası, idarə olunması və sistemin stabil işləməsinin təmin edilməsi; 
  • Kamera və şəbəkə sistemlərinin planlanması, qurulması və optimallaşdırılması bacarığı; 
  • Əsas və praktiki İT bilikləri (Windows əməliyyat sistemləri, ofis proqramları və s.); 
  • Texniki problemlərin operativ diaqnostikası, səbəblərinin analizi və effektiv həlli bacarığı; 
  • İT proseslərinin qurulması, təkmilləşdirilməsi və sənədləşdirilməsi təcrübəsi; 
  • Sistemlərin fasiləsiz işləməsinə nəzarət və risklərin öncədən müəyyən edilməsi bacarığı; 
  • Analitik düşüncə, yüksək məsuliyyət və təşəbbüskarlıq; 
  • Müstəqil qərar vermə və prioritetləri düzgün idarə etmə bacarığı. 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot