Şəbəkə Administratoru

Innovative Solution Group Son tarix: 03 may 2026 25

Vəzifə öhdəlikləri

Linux (Red Hat / CentOS / Ubuntu) əsaslı server infrastrukturunun, development və production mühitlərinin qurulması, idarə edilməsi və miqyaslandırılması; VMware vSphere platforması üzərində virtual mühitlərin konfiqurasiyası və dəstəyi;
Şəbəkə avadanlıqlarının (Router, Switch, Wireless Controller, Access Point) və Firewall sistemlərinin (Palo Alto, Cisco və s.) quraşdırılması, idarə edilməsi;
Şəbəkənin 7/24 yüksək əlçatanlıq (High Availability) və stabil fəaliyyətinin təmin edilməsi, trafikin optimallaşdırılması;
Kritik hallarda nasazlıqların sürətli diaqnostikası (RCA) və aradan qaldırılması;
Gündəlik inzibatçılıq və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin (Bash, Python) yazılması;
VPN texnologiyalarının idarə edilməsi və şəbəkə təhlükəsizliyi risklərinin analizi;
Sistem və şəbəkə konfiqurasiyaları üzrə texniki sənədləşmənin aparılması.

Tələblər

İnformasiya Texnologiyaları sahəsində ali təhsil (texniki təhsil arzuolunandır);
Sistem administratoru (Linux mühiti) və şəbəkə inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
Nəzəri və praktiki CCNA/CCNP səviyyəsində şəbəkə bilikləri (Routing, Switching, VLAN, OSPF, BGP, VPN, IPsec);
Red Hat/Linux sistemləri üzrə dərin biliklər (RHCSA/RHCE sertifikatlarına malik olmaq üstünlükdür);
Palo Alto və ya digər Enterprise səviyyəli Firewall sistemləri ilə iş təcrübəsi;
Konteynerləşdirmə texnologiyaları (Docker) və CI/CD alətləri haqqında məlumatlılıq;
Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis dili – yüksək (texniki dokumentasiya oxumaq və vendor support ilə ünsiyyət səviyyəsində).

İş şəraiti

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Minimum 1-2 il iş təcrübəsi; Hərbi mükəlləfiyyətli (Yaşı 29-dan çox olmayan);
Telegram kanalına qoşul
Telegram Bot