İnsan Rresursları üzrə mütəxəssis

Aghdam City Hotel Son tarix: 14 fevral 2026 94

Vəzifə öhdəlikləri

“TABİA” MMC –nin SOP-na uyğun bütün İnsan Resursları funksiyalarını icra etmək: işə qəbul, təlim və inkişaf, əmək haqqı/təminat proseslərinin administrasiyası, qanunvericilik tələblərinə uyğun fəaliyyət, komanda ilə işləmək, əmək münasibətləri və müqavilələrin tənzimlənməsi, fəaliyyət səmərəliliyi qiymətləndirilməsi, işçilərin təzminatı və təhlükəsizliyi, məşğulluq prosesləri, təşkilati strukturun hazırlanması proseslərini həyata keçirmək; 
Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM-si bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS), işə qəbul və işdən çıxan əməkdaşların İSB –yə uyğun olaraq vaxtında daxil edilməsi;
İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək, daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək, uğurlu namizədlərlə bağlı referansların alınması, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması; verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsi və ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması; 
Müasir HR metodologiya və yanaşmalardan ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) istifadə edərək, işşin icrasının həyata keçirilməsi;
Əmək haqqı kartlarının açılması və sifarişi;
İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C)  mühasibatlığa təhvil verilməsi;
Şirkət üzrə bütün növ əmrlərin(işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,), əmək kitabçalarının, xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-qəbul aktlarının, xitamlarının yazılmasını icra etmək;
Protokolların, arayışların və etibarnamələrin hazırlanması, akt, məktubların yazılması və göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması,  skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət etmək;
Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işləri yerinə yetirilmək.

Tələblər

  • Təhsil: Ali təhsil.
  • İş təcrübəsi: İR sahəsində ən azı 3 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • 1С 8.3 proqramında işləmə bacarığı;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Teambuilding, networking və digər korporativ tədbirlərin koordinasiyası bacarığı;

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili biliyinin olması vacibdir.
  • İş yeri Ağdam şəhərində yerləşir.

Uyğun namizədlər zəhmət olmazsa, CV-lərini “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək, Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul