N
Fotoqraf / Videoqraf
Vəzifə öhdəlikləri
Əmək haqqı: Razılaşma yolu ilə
- Studioda və açıq məkanlarda peşəkar foto və video çəkilişlərinin təşkili və icrası
- Brendin vizual strategiyasına uyğun lookbook, kataloq və sosial media kontentinin hazırlanması
- Məhsul, model və lifestyle çəkilişlərinin həyata keçirilməsi
- Çəkilmiş foto və videoların peşəkar şəkildə redaktəsi (retuş, rəng korreksiyası, montaj)
- Sosial media platformaları üçün qısa və diqqətçəkən video kontentlərin hazırlanması (Reels, TikTok və s.)
- Kreativ ideyaların təklif edilməsi və çəkiliş konseptlərinin hazırlanmasında aktiv iştirak
- Çəkilişlər zamanı işıqlandırma, kompozisiya və texniki parametrlərin düzgün qurulması
- Brendin vizual üslubunun qorunması və inkişaf etdirilməsi
Tələblər
- Fotoqrafiya və/və ya videoqrafiya sahəsində minimum 1 il iş təcrübəsi
- Adobe Photoshop, Lightroom, Premiere Pro (və ya oxşar proqramlar) ilə işləmə bacarığı
- Portfolio mövcudluğu (xüsusilə moda, geyim və ya lifestyle sahəsində olması üstünlükdür)
- Yüksək estetik zövq və kreativ düşüncə qabiliyyəti
- İşıqlandırma və kompozisiya bilikləri
- Detallara diqqət və məsuliyyətlilik
- Komanda ilə işləmək və deadline-lara riayət etmək bacarığı
- Dinamik iş mühitinə uyğunlaşma və təşəbbüskarlıq
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Fotoqraf / Videoqraf” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
İş şəraiti
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: İnşaatçılar metrostansiyasının yanı
Oxşar vakansiyalar