Fotoqraf / Videoqraf

Nur Collection Son tarix: 06 May 2026 27

Vəzifə öhdəlikləri

Əmək haqqı: Razılaşma yolu ilə

  • Studioda və açıq məkanlarda peşəkar foto və video çəkilişlərinin təşkili və icrası 
  • Brendin vizual strategiyasına uyğun lookbook, kataloq və sosial media kontentinin hazırlanması 
  • Məhsul, model və lifestyle çəkilişlərinin həyata keçirilməsi 
  • Çəkilmiş foto və videoların peşəkar şəkildə redaktəsi (retuş, rəng korreksiyası, montaj) 
  • Sosial media platformaları üçün qısa və diqqətçəkən video kontentlərin hazırlanması (Reels, TikTok və s.) 
  • Kreativ ideyaların təklif edilməsi və çəkiliş konseptlərinin hazırlanmasında aktiv iştirak 
  • Çəkilişlər zamanı işıqlandırma, kompozisiya və texniki parametrlərin düzgün qurulması 
  • Brendin vizual üslubunun qorunması və inkişaf etdirilməsi

Tələblər

  • Fotoqrafiya və/və ya videoqrafiya sahəsində minimum 1 il iş təcrübəsi
  • Adobe Photoshop, Lightroom, Premiere Pro (və ya oxşar proqramlar) ilə işləmə bacarığı
  • Portfolio mövcudluğu (xüsusilə moda, geyim və ya lifestyle sahəsində olması üstünlükdür)
  • Yüksək estetik zövq və kreativ düşüncə qabiliyyəti
  • İşıqlandırma və kompozisiya bilikləri
  • Detallara diqqət və məsuliyyətlilik
  • Komanda ilə işləmək və deadline-lara riayət etmək bacarığı
  • Dinamik iş mühitinə uyğunlaşma və təşəbbüskarlıq

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Fotoqraf / Videoqraf” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

İş şəraiti

  • 6 günlük iş həftəsi 
  • Nahar fasiləsi: 13:00 -  14:00
  • Ünvan: İnşaatçılar metrostansiyasının yanı

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot