F
SMM Manager
Vəzifə öhdəlikləri
ForEver18 International Şirkətimizin sosial media fəaliyyətinin idarə olunması üçün kreativ düşüncəyə malik, araşdırma bacarıqları güclü və sosial media trendlərini yaxından izləyən *SMM Manager* axtarılır.
website:
- https://remediumkorea.com/
- https://jennerafiller.com/
- https://ksbiokorea.com/
- https://forever18international.com/
Baş ofis: Cənubi Koreya - Filial: Azərbaycan
- Şirkətin sosial media səhifələrinin idarə olunması və gündəlik nəzarəti
- Instagram, Facebook, TikTok və digər platformalar üçün kontent planının hazırlanması
- Post, story və digər paylaşımlar üçün kreativ ideyaların hazırlanması
- Sosial media kampaniyalarının planlaşdırılması və idarə olunması
- Rəqib şirkətlərin sosial media fəaliyyətinin araşdırılması və analiz edilməsi
- Marketinq və brend strategiyası ilə bağlı təkliflərin hazırlanması
- Sosial media performansının izlənilməsi və aylıq hesabatların təqdim olunması
- Dizayn və marketinq komandası ilə koordinasiyalı işləmək
Tələblər
- SMM və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi
- Sosial media platformaları və trendləri üzrə yaxşı bilik
- Kreativ düşünmə və kontent ideyaları hazırlamaq bacarığı
- Analitik düşünmə və rəqib araşdırması aparmaq bacarığı
- Canva, Meta Business Suite və digər SMM alətləri ilə işləmə bacarığı üstünlükdür
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı
- Azərbaycan dili – sərbəst
- İngilis dili biliyi – orta səviyyə
Bu vəzifə estetik və beynəlxalq brendlərlə işləmək, sosial media sahəsində təcrübəni artırmaq və yaradıcı layihələrdə iştirak etmək üçün yaxşı fürsətdir.
İş şəraiti
- Vakansiya növü: Yarımştat
- Əməkhaqqı: 300 AZN / ay
- İş qrafiki: Həftədə 3 gün yarım iş günü
- İş saatları: 09:00 – 13:00 və ya 13:00 – 17:00
Ünvan: Makro Park, Ülvi Bünyadzadə, Bakı şəhəri (Dədə Qorqud parkı yaxınlığı)
Oxşar vakansiyalar