SMM Manager

ForEver18 International Son tarix: 26 iyun 2026 97

Vəzifə öhdəlikləri

ForEver18 International Şirkətimizin sosial media fəaliyyətinin idarə olunması üçün kreativ düşüncəyə malik, araşdırma bacarıqları güclü və sosial media trendlərini yaxından izləyən *SMM Manager* axtarılır.

website:

Baş ofis: Cənubi Koreya - Filial: Azərbaycan

  • Şirkətin sosial media səhifələrinin idarə olunması və gündəlik nəzarəti
  • Instagram, Facebook, TikTok və digər platformalar üçün kontent planının hazırlanması
  • Post, story və digər paylaşımlar üçün kreativ ideyaların hazırlanması
  • Sosial media kampaniyalarının planlaşdırılması və idarə olunması
  • Rəqib şirkətlərin sosial media fəaliyyətinin araşdırılması və analiz edilməsi
  • Marketinq və brend strategiyası ilə bağlı təkliflərin hazırlanması
  • Sosial media performansının izlənilməsi və aylıq hesabatların təqdim olunması
  • Dizayn və marketinq komandası ilə koordinasiyalı işləmək

Tələblər

  • SMM və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Sosial media platformaları və trendləri üzrə yaxşı bilik
  • Kreativ düşünmə və kontent ideyaları hazırlamaq bacarığı
  • Analitik düşünmə və rəqib araşdırması aparmaq bacarığı
  • Canva, Meta Business Suite və digər SMM alətləri ilə işləmə bacarığı üstünlükdür
  • Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı
  • Azərbaycan dili – sərbəst
  • İngilis dili biliyi – orta səviyyə

Bu vəzifə estetik və beynəlxalq brendlərlə işləmək, sosial media sahəsində təcrübəni artırmaq və yaradıcı layihələrdə iştirak etmək üçün yaxşı fürsətdir.

İş şəraiti

  • Vakansiya növü: Yarımştat
  • Əməkhaqqı: 300 AZN / ay
  • İş qrafiki: Həftədə 3 gün yarım iş günü
  • İş saatları: 09:00 – 13:00 və ya 13:00 – 17:00

Ünvan: Makro Park, Ülvi Bünyadzadə, Bakı şəhəri (Dədə Qorqud parkı yaxınlığı) 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot