Satış və Marketinq üzrə Rəhbər

Fire Safety Caspian Azerbaijan Son tarix: 01 July 2026 87

Vəzifə öhdəlikləri

Şirkətlər qrupumuza satış və marketinq istiqamətlərinin strateji idarə olunmasını həyata keçirəcək, prosesləri sıfırdan qura və effektiv idarəetmə sistemi formalaşdıra biləcək peşəkar namizəd axtarılır.

  • Şirkətlər qrupu üzrə satış və marketinq strategiyasının hazırlanması və icrasının təmin edilməsi
  • Satış hədəflərinin müəyyənləşdirilməsi və nəticələrin idarə olunması
  • Marketinq fəaliyyətlərinin planlaşdırılması, büdcələşdirilməsi və effektivliyinin ölçülməsi
  • Satış komandasının formalaşdırılması, idarə olunması və inkişaf etdirilməsi
  • Yeni bazar imkanlarının araşdırılması və biznes inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi
  • Korporativ müştərilərlə münasibətlərin qurulması və idarə olunması
  • Brend mövqeyinin gücləndirilməsi və bazar payının artırılması
  • Müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Satış və marketinq sahəsində minimum 5 il iş təcrübəsi
  • Rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür
  • Strateji düşüncə və yüksək idarəetmə bacarıqları
  • Güclü liderlik, kommunikasiya və təqdimat qabiliyyəti
  • Analitik yanaşma və nəticəyönümlü idarəetmə bacarığı
  • Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlük hesab olunur
  • MS Office və rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı 2500-4000 AZN və bonus sistemi
  • Korporativ iş mühiti və karyera inkişafı imkanları

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot