Əlaqə mərkəzi üzrə təmsilçi
Vəzifə öhdəlikləri
- Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək;
- Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Müraciətin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
- Müştərinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil olan/çıxan zəngləri idarə etmək;
- Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək.
Tələblər
- Təhsil: Orta/Ali;
- İş təcrübəsi: tələb olunmur;
- Azərbaycan dili: səlis (yazı və danışıq), Rus dili – orta və üzəri səviyyədə (danışıq), İngilis dili arzuolunandır;
- MS Office (Excel, Word) proqramları üzrə orta səviyyədə bilik;
- Müştəri yönümlülük;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: Növbəli
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
N
Zəng mərkəzi üzrə kiçik mütəxəssis
NBA Technologies International LLC
Resepşn
Atom İdman Kulubu MMC
R
Müştəri müraciətləri üzrə mütəxəssis
Ramton Holding
B
Çağrı Mərkəzinin Meneceri
Business Insight International Research Group
E
Call Center üzrə Operator
Europark MMC
B
Operator
Business Insight International Research Group