I
Direktor köməkçisi
Vəzifə öhdəlikləri
- Direktorun iş qrafikinin, görüş və səfər planlarının hazırlanması və idarə olunması;
- İclasların təşkili, gündəliklərin hazırlanması və iclas protokollarının aparılması;
- Action planların hazırlanması, icrasına nəzarət və hesabatlılığını təmin etmək;
- Daxili və xarici rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və icrası;
- Sənəd axınını düzgün təşkil edilməsi;
- Şirkət rəhbərliyi ilə digər struktur bölmələri arasında koordinasiyanın təmin olunması
- Gündəlik və həftəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Ofis fəaliyyətlərinə inzibati dəstək göstərmək, ofis nizam-intizamına nəzarət edilməsi;
- Səfər, görüş və tədbirlərlə bağlı logistikanın (aviabiletlər, otellər, nəqliyyat və s.) təşkil edilməsi.
Tələblər
Kvalifikasiya tələbləri:
- Ali təhsil (idarəetmə, biznes və ya uyğun sahə üzrə);
- İş təcrübəsi: 1-2 il (administrativ və ya rəhbər köməkçisi sahəsində arzu olunandır);
- Yaş həddi: 22–35 yaş.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Sənəd dövriyyəsi və məlumatların sistemləşdirilməsi üzrə biliklər;
- Tapşırıqları dəqiq və vaxtında icra etmə bacarığı;
- Ünsiyyətin idarə edilməsi bacarığı;
- Planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
- Səliqəli, punktual və detallara diqqətli olmaq bacarığı;
- Komandada işləmək və koordinasiyanın effektiv qurulması bacarığı.
İş şəraiti
- Əmək haqqı: 500 – 800 AZN;
- İş qrafiki: Həftə içi 6 gün;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Stabil və motivasiyalı iş mühiti;
- Nahar şirkət tərəfindən.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Direktor köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar