Daxili Təchizat üzrə Kiçik Mütəxəssis (Junior Internal Procurement Specialist)

ABV Son tarix: 11 may 2026 55

Vəzifə öhdəlikləri

Vəzifənin məqsədi:

Şirkətin daxili ehtiyaclarının vaxtında, effektiv və büdcəyə uyğun şəkildə təmin olunması, satınalma proseslərinin operativ icrasında dəstək göstərilməsi.

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin daxili şöbələrindən daxil olan satınalma tələblərini qəbul etmək və sistemləşdirmək 
  • Təchizatçılardan) qiymət təkliflərinin toplanması 
  • Qiymətlərin müqayisəli təhlilinin aparılmasında iştirak etmək 
  • Seçilmiş təchizatçılarla ilkin kommunikasiya və sifarişlərin yerləşdirilməsi 
  • Satınalma sifarişlərinin hazırlanmasına və izlənilməsinə dəstək olmaq 
  • Malların və xidmətlərin vaxtında çatdırılmasına nəzarət etmək 
  • Təchizat prosesinə dair sənədləşmə və arxivləşməni düzgün şəkildə aparmaq 
  • Mövcud təchizatçı bazasının yenilənməsi və genişləndirilməsində iştirak etmək 
  • Daxili prosedur və satınalma siyasətlərinə uyğun fəaliyyət göstərmək 
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək 

Tələblər

Təhsil:

  • Biznes idarəçiliyi, logistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil 

İş təcrübəsi:

  • Müvafiq sahədə minimum 0–1 il təcrübə 
  • MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) 
  • Analitik düşünmə və detallara diqqət 
  • Ünsiyyət və danışıqlar aparmaq bacarığı 
  • Komanda ilə işləmə bacarığı 
  • Vaxtın effektiv idarə olunması 

Dil bilikləri:

  • Azərbaycan dili – əla 
  • Rus və ya İngilis dili – üstünlükdür 

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətlilik və operativlik 
  • Dəqiqlik və nizam-intizam 
  • Öyrənməyə açıq olmaq 
  • Stressə davamlılıq

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot