B
Online satış üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Online Satış üzrə Mütəxəssis şirkətin məhsul və ya xidmətlərinin rəqəmsal kanallar vasitəsilə satışını təşkil və idarə edir. O, onlayn platformalarda satış strategiyasını həyata keçirir, müştəri bazasını genişləndirir və satış hədəflərinə nail olmağa cavabdehdir.
Vəzifə öhdəlikləri
- Şirkətin veb-saytı, sosial media və marketplace platformaları vasitəsilə satış prosesini idarə etmək
- Müştərilərdən daxil olan onlayn sorğuları operativ və peşəkar şəkildə cavablandırmaq
- Sifarişlərin qəbulu, sistemə daxil edilməsi və icrasına nəzarət etmək
- Satış planına uyğun olaraq aylıq və illik hədəflərin icrasını təmin etmək
- Yeni müştərilərin cəlb edilməsi üçün kampaniyalar və təkliflər hazırlamaq
- Mövcud müştəri bazası ilə əlaqələri qorumaq və inkişaf etdirmək
- Satış göstəricilərini analiz etmək və rəhbərliyə hesabat təqdim etmək
- Rəqiblərin fəaliyyətini və bazar trendlərini izləmək
- Müştəri məmnuniyyətinin artırılması üçün təkliflər vermək
- Reklam və marketinq komandası ilə koordinasiyalı işləmək
Tələblər
- Azərbaycan və rus dilində səlis danışıq bacarığı
- Satış etmək bacarığı
- Ünsiyyət və problem həll etmə bacarığı
- Stressə davamlılıq və komandada işləmək bacarığı
İş şəraiti
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
- Karyera inkişaf imkanı
- Mehriban və peşəkar komanda
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Online satış üzrə mütəxəssis” qeyd olunmalıdır.
Oxşar vakansiyalar